“Sabah” ın 10 futbolçusu müxtəlif ölkələrin milli komandalarına dəvət alıb.
Prosport.Az xəbər verir ki, bu barədə Masazır təmsilçisinin mətbuat xidməti rəsmi məlumat yayıb.
“Futuristlər”in yerli futbolçularından Tellur Mütəllimov, Rəhman Daşdəmirov, Abdullax Xaybulayev, Aleksey İsayev və Rəvan Mirzəmmədov Azərbaycan milli komandasının növbəti oyunlar üçün nəzərdə tutulan heyətinə daxil ediliblər.
Bununla yanaşı, komandanın legioner heyəti də milli komandalardan çağırışlar alıb. Timoteuş Puxaç Polşa, Umarali Raxmonaliyev Özbəkistan, Stas Pokatilov Qazaxıstan, Patrik Orfe Mbina Qabon, Coy-Lens Mikels isə Ruanda milli komandasına cəlb olunaraq beynəlxalq matçlarda öz ölkələrinin şərəfini qoruyacaqlar.
