Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Bəzi oyunçular daha çox istirahəti düşünürdülər" - Qurban Qurbanov
    18.09.2026 22:30:14

    Azərbaycan Premyer Liqasında evdə “Şəfa”ya 1:0 hesabı ilə qalib gələn “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis ilk növbədə qarşılaşma haqqında təəssüratlarını bölüşüb.

    – Futbolçularımı qələbə münasibətilə təbrik edirəm. Vacib 3 xal əldə etdik və milli komandaların oyunları ilə bağlı uzun fasiləyə çıxırıq. Görüşün gedişatında hiss olunurdu ki, bəzi oyunçular daha çox istirahəti düşünürdülər. “Şəfa”ya da uğurlar arzulayıram. Onlar da illər sonra Premyer Liqaya qayıtmış yeni kollektivdir. Bir-birinə bənzər 2 komandanın mübarizəsi izləndi. Əsas odur ki, qələbə qazandıq və inanıram ki, bu fasilədən səmərəli istifadə edə biləcəyik.

    – Meydanda real qol imkanlarının azlığı diqqət çəkdi. Komandanın nümayiş etdirdiyi futbol sizi qane etdimi?

    – Qarşımızda bütün diqqətini müdafiəyə yönəltmiş və yaxşı təşkilatlanmış rəqib var idi. Əlbəttə ki, daha sürətli keçidlər etmək və yaxşı oynamaq istərdik. Lakin zonalar çox dar idi, bundan tam istifadə edə bilmədik. Belə matçlarda daha keyfiyyətli futbol oynamaq bizim borcumuzdur və bunu tələb edirik. Zamanla futbolçular bir-birini daha yaxşı tamamlayacaqlar.

    – Çempionluq uğrunda əsas rəqibləriniz olan “Neftçi” və “Sabah” geniş rotasiya imkanlarına malikdir. “Qarabağ”ın yeni transferlərə ehtiyacı varmı?

    – Hazırda transfer pəncərəsi bağlıdır. Lakin qış fasiləsində imkanımız olsa və düşündüyümüz mövqelərə uyğun oyunçular tapılsa, mütləq heyəti gücləndirmək istəyirik. Çünki demək olar ki, tam yeni kollektiv formalaşdırırıq və dayanmaq niyyətində deyilik.

    – Sizcə, konkret hansı mövqelərə transferlər olunacaq?

    – Müəyyən etdiyimiz bir neçə mövqe var, lakin onları indidən açıqlamamaq daha doğrudur.

    – Əvvəlki illərdən fərqli olaraq, bu dəfə “Qarabağ”dan milli komandaya cəmi 2 futbolçu dəvət alıb. Bəhlul Mustafazadə və Elvin Cəfərquliyevin vəziyyətləri nə yerdədir?

    – Bəhlul ən geci 10 gündən sonra komandaya qoşulacaq. Onda nadir hallarda rast gəlinən zədə növü var idi və əməliyyat olundu. Prosesin tez və ya gec yekunlaşma ehtimalı var idi, təəssüf ki, uzandı. Bəhlul həm bizim, həm də milli komanda üçün çox vacib oyunçudur. Elvin də zədəlidir, məhz bu səbəbdən milliyə gedə bilmədilər. Digər tərəfdən, Toral Bayramov və Nəriman Axundzadə kimi futbolçularımız yayda legioner həyatı yaşamağa başladılar. Həmçinin, yeni limit qaydalarına uyğun addımlar atırıq. Formada olan yerli futbolçular tapmaq və onları tam hazır etmək asan deyil. Gələcəkdə perspektivli yerli oyunçular olsa, mütləq şans verəcəyik ki, milli komandaya yolları açılsın.

    – Bu gün tribunalarda azarkeş azlığı diqqət çəkirdi. Fanatlara xüsusi çağırışınız varmı?

    – Azarkeşlərimizə deyəcək əlavə sözüm yoxdur, biz bir-birimizi çox istəyirik. Onlar nə vaxt və harada olmaq lazımdırsa, orada olacaqlar. Tək bizim yox, ümumən bütün komandaların fanatlarının stadionları doldurmasını istərdim.

    – “Qarabağ”ın aşağı yaş qruplarında Toral, Nəriman və ya Elvin səviyyəsində gənclər varmı?

    – Bəli, akademiya barədə məlumat alıram. Aşağı yaş qruplarında çox maraqlı və perspektivli futbolçular var, sadəcə onlara bir az vaxt lazımdır.

    Futbol

    "Zirə" Tovuz səfərində, "Sabah" "İmişli"ni qəbul edir

    19.09.2026 10:01:20
    Futbol

    "Qarabağ"ın 5 legioneri Azərbaycanı tərk edir

    18.09.2026 23:43:10
    Futbol

    “Sabah” ın 10 futbolçusu milli komandalarda

    18.09.2026 23:15:05
    Futbol

    Arsen Venger Bakıdakı dünya çempionatından danışdı

    18.09.2026 22:49:42
    Futbol

    "Bəzi oyunçular daha çox istirahəti düşünürdülər" - Qurban Qurbanov

    18.09.2026 22:30:14
    Futbol

    "Bura minimum 1 xal üçün gəlmişdik" - Zaur Həşimov

    18.09.2026 22:06:55
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Zirə" Tovuz səfərində, "Sabah" "İmişli"ni qəbul edir

    19.09.2026 10:01:20

    "Rəşidin bu uğuru Hidayət Heydərov üçün də əlavə həvəsdir" – Fərhad Məmmədov

    19.09.2026 09:20:52

    "Qarabağ"ın 5 legioneri Azərbaycanı tərk edir

    18.09.2026 23:43:10

    “Sabah” ın 10 futbolçusu milli komandalarda

    18.09.2026 23:15:05

    Arsen Venger Bakıdakı dünya çempionatından danışdı

    18.09.2026 22:49:42

    "Bəzi oyunçular daha çox istirahəti düşünürdülər" - Qurban Qurbanov

    18.09.2026 22:30:14

    "Bura minimum 1 xal üçün gəlmişdik" - Zaur Həşimov

    18.09.2026 22:06:55

    "Qarabağ" 3 xalı tək qolla qazandı - VİDEO

    18.09.2026 21:35:47

    "Çox istərdim ki, "Kəpəz" Gəncədə final oynasın" – Azər Məmmədov

    18.09.2026 21:12:13

    "0:1 hesabına qədər pis oynamırdıq" – Amil Ağacanov

    18.09.2026 21:01:42

    "Belə məsələlərə hər zaman loyal yanaşırıq" – Yuri Vernidub

    18.09.2026 20:57:47

    “Anadolu Efes” “Zenit”i darmadağın etdi

    18.09.2026 20:55:04

    Şahmat yığmalarımızdan itkisiz irəliləyir

    18.09.2026 19:34:34

    "Neftçi" 1000-ci oyununda qələbə qazandı - VİDEO

    18.09.2026 19:25:22

    "Qarabağ" - "Şəfa": HEYƏTLƏR

    18.09.2026 19:12:54
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved