Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Bura minimum 1 xal üçün gəlmişdik" - Zaur Həşimov
    18.09.2026 22:06:55

    Azərbaycan Premyer Liqasında “Qarabağ”a səfərdə 0:1 hesabı ilə uduzan “Şəfa”nın baş məşqçisi Zaur Həşimov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis ilk növbədə görüş haqqında fikirlərini bölüşüb.

    – Penalti epizoduna qədər oyunun gedişatı bizim üçün pis alınmırdı. Həmin ana qədər “Qarabağ”a demək olar ki, 100 faizlik qol şansı verməmişdik. Ümid edirdik ki, əks-hücumlarda imkan tapıb qol vura bilərik. Bu görüşdən ən azı 1 xalla ayrılacağımızı düşünürdük və bura minimum 1 xal üçün gəlmişdik. Futbolçularımdan narazı qalmadım, hətta paltardəyişmə otağında onlara təşəkkür etdim. “Sabah”la ağır oyun keçirməyimiz fiziki cəhətdən komandaya təsir etmişdi. Bütün bunların fonunda futbolçularımın nümayiş etdirdiyi mübarizədən razı qaldım, pis oyun alınmadı.

    – Sıx qrafikdəsiniz və “Qarabağ”dan sonra növbəti rəqibiniz çempionluğa oynayan “Turan Tovuz” olacaq. Bu gərginlik komandanın fiziki durumuna necə təsir göstərəcək?

    – “Turan Tovuz”la matça milli komandaların fasiləsindən sonra çıxacağıq, hazırlıq üçün önümüzdə təxminən 3 həftə vaxt var. Onsuz da çempionatdakı bütün komandalar, “Neftçi”, “Sabah”, “Qarabağ” həmin sıx qrafiklə oynayır. İddialı rəqiblərlə oyunlara məğlub olmaq üçün çıxmamışdıq, ən azı xal qoparmağa çalışırdıq. Nəzərə almaq lazımdır ki, qarşılaşdığımız komandalar bizimlə oyuna qədər avrokuboklarda rəsmi matçlar keçirmişdilər. Biz isə cəmi 2 ay, 2 ay yarım öncə formalaşmış yeni kollektivik. Buna baxmayaraq, komandam meydanda layiqli mübarizə apardı. Önümüzdəki 3 həftəlik fasilədən maksimum istifadə edəcəyik və Tovuzda daha yaxşı, daha güclü “Şəfa” görəcəksiniz.

    Futbol

    "Zirə" Tovuz səfərində, "Sabah" "İmişli"ni qəbul edir

    19.09.2026 10:01:20
    Futbol

    "Qarabağ"ın 5 legioneri Azərbaycanı tərk edir

    18.09.2026 23:43:10
    Futbol

    “Sabah” ın 10 futbolçusu milli komandalarda

    18.09.2026 23:15:05
    Futbol

    Arsen Venger Bakıdakı dünya çempionatından danışdı

    18.09.2026 22:49:42
    Futbol

    "Bəzi oyunçular daha çox istirahəti düşünürdülər" - Qurban Qurbanov

    18.09.2026 22:30:14
    Futbol

    "Bura minimum 1 xal üçün gəlmişdik" - Zaur Həşimov

    18.09.2026 22:06:55
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Zirə" Tovuz səfərində, "Sabah" "İmişli"ni qəbul edir

    19.09.2026 10:01:20

    "Rəşidin bu uğuru Hidayət Heydərov üçün də əlavə həvəsdir" – Fərhad Məmmədov

    19.09.2026 09:20:52

    "Qarabağ"ın 5 legioneri Azərbaycanı tərk edir

    18.09.2026 23:43:10

    “Sabah” ın 10 futbolçusu milli komandalarda

    18.09.2026 23:15:05

    Arsen Venger Bakıdakı dünya çempionatından danışdı

    18.09.2026 22:49:42

    "Bəzi oyunçular daha çox istirahəti düşünürdülər" - Qurban Qurbanov

    18.09.2026 22:30:14

    "Bura minimum 1 xal üçün gəlmişdik" - Zaur Həşimov

    18.09.2026 22:06:55

    "Qarabağ" 3 xalı tək qolla qazandı - VİDEO

    18.09.2026 21:35:47

    "Çox istərdim ki, "Kəpəz" Gəncədə final oynasın" – Azər Məmmədov

    18.09.2026 21:12:13

    "0:1 hesabına qədər pis oynamırdıq" – Amil Ağacanov

    18.09.2026 21:01:42

    "Belə məsələlərə hər zaman loyal yanaşırıq" – Yuri Vernidub

    18.09.2026 20:57:47

    “Anadolu Efes” “Zenit”i darmadağın etdi

    18.09.2026 20:55:04

    Şahmat yığmalarımızdan itkisiz irəliləyir

    18.09.2026 19:34:34

    "Neftçi" 1000-ci oyununda qələbə qazandı - VİDEO

    18.09.2026 19:25:22

    "Qarabağ" - "Şəfa": HEYƏTLƏR

    18.09.2026 19:12:54
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved