Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "0:1 hesabına qədər pis oynamırdıq" – Amil Ağacanov
    18.09.2026 21:01:42

    Azərbaycan Premyer Liqasının VI turunda evdə “Neftçi”yə 0:3 hesabı ilə məğlub olan “Qəbələ”nin məşqçisi Amil Ağacanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis ilk növbədə matç haqqında təəssüratlarını bölüşüb.

    – Bilirdik ki, rəqibimiz “Neftçi”dir. Deyiləsi söz çoxdur, bizim üçün ağır məğlubiyyət oldu. Rəqibi yaxşı təhlil etmişdik, heyətlərində aqressiv və keyfiyyətli futbolçuların olduğunu bilirdik. Yeni baş məşqçimizin gəlişi ilə son 2-3 ildə oynadığımız sistemi dəyişmişik. 0:1 hesabına qədər pis oynamırdıq, topa nəzarət edirdik, aqressivlik var idi. Lakin rəqib sonradan sürətli oyunçularını meydana buraxdı. Adekvat dəyişikliklər etsək də, təəssüf ki, belə ağır məğlubiyyətlə üzləşdik.

    – Taktiki baxımdan yeni baş məşqçinin əsas tələbləri nədir?

    – Əsas istək daha çox topa nəzarət etmək, sürətli keçidlərlə hücumlar qurmaqdır. Hazırkı 4-2-3-1 sistemində məhz bu amillər tələb olunur və gələcəkdə bunun üzərində daha çox çalışacağıq.

    – Əcnəbi qapıçı Artur Mottanın hazırlıq durumu necədir və hələ də şans qazanmaması nə ilə bağlıdır?

    – Biz heç bir qapıçını komandaya birbaşa əsas heyət üzvü kimi gətirməmişdik, kim güclüdürsə, o da oynayacaq. Heyətimizdə U-20 millisinin üzvü Həbib Hüşənov da var. Sadəcə, gənclər yığmasının toplanışları çox olduğu üçün heyətə rəqabət yaradacaq yeni qapıçı dəvət etdik. Şükürlər olsun ki, hazırda Səlahət Ağayev yaxşı formadadır, Arturun da çıxışından razıyıq. Gələcəkdə imkan olsa, Mottaya da şans verəcəyik.

    – Rəqibin dəyişikliklərindən sonra buraxdığınız qollara səbəb nə oldu?

    – Bəli, 0:1-ə qədər intizamlı idik. Sonradan meydana daxil olan futbolçuların oyuna adaptasiya olunması bir az çətin olur. Ola bilsin ki, tempə uyğunlaşa bilmədilər və müdafiədə boşluqlar verdik. “Neftçi”nin futbolçularının fərdi keyfiyyəti yüksək olduğundan bu səhvlərimizdən bizi cəzalandırdılar.

    Futbol

    Kanadalı müdafiəçi "Sabah"la oyunu buraxacaq

    24.11.2026 17:15:17
    Futbol

    “Sabah” – “Barselona” oyunu ilə bağlı 5 maraqlı fakt

    24.11.2026 16:51:52
    Futbol

    "Qarabağ" sabiq futbolçusunu icarəyə götürmək istəyir

    24.11.2026 15:47:39
    Futbol

    "İspan jurnalistlər zəng edib Azərbaycan futbolu ilə maraqlanırlar" – "Barselona" və "Sabah"ın sabiq futbolçusu

    24.11.2026 15:19:10
    Futbol

    Qarabağa səfər, tarixi şəhərdə futbol günü - VİDEO

    24.11.2026 14:46:21
    Futbol

    "Sabah" - "Barselona" oyununa görə dəyişiklik

    24.11.2026 14:17:22
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Kanadalı müdafiəçi "Sabah"la oyunu buraxacaq

    24.11.2026 17:15:17

    “Sabah” – “Barselona” oyunu ilə bağlı 5 maraqlı fakt

    24.11.2026 16:51:52

    Azərbaycan güləşçisi dopinqə görə diskvalifikasiya olundu

    24.11.2026 16:13:47

    "Qarabağ" sabiq futbolçusunu icarəyə götürmək istəyir

    24.11.2026 15:47:39

    "İspan jurnalistlər zəng edib Azərbaycan futbolu ilə maraqlanırlar" – "Barselona" və "Sabah"ın sabiq futbolçusu

    24.11.2026 15:19:10

    Qarabağa səfər, tarixi şəhərdə futbol günü - VİDEO

    24.11.2026 14:46:21

    "Sabah" - "Barselona" oyununa görə dəyişiklik

    24.11.2026 14:17:22

    "Kunde və Rafinya ilə danışmaq istərdim" - "Sabah"ın legioneri

    24.11.2026 13:50:45

    Mahir Emreli Polşada seçilənlər arasında

    24.11.2026 13:12:40

    "Barselona"nın prezidenti Bakıda himn oxudu - VİDEO

    24.11.2026 12:57:03

    Qara Qarayev, "Yaşıl top" və uşaqlar - FOTOLAR

    24.11.2026 12:13:43

    "Marca" "Sabah"ın heyətində 5 futbolçunu fərqləndirdi

    24.11.2026 11:46:38

    Keçmiş məşqçisindən "Sabah"ın qapıçısına "Barselona" xəbərdarlığı

    24.11.2026 11:15:05

    Azərbaycan Cüdo Federasiyası yeni filmini təqdim etdi - VİDEO

    24.11.2026 10:50:21

    "Uşaq vaxtı bunların xəyalını qururdum" - "Sabah"ın legioneri

    24.11.2026 10:24:09
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved