“Sabah”ın futbolçusu Timoteuş Puxaç Polşa millisinə dəvət alıb.
Prosport.Az xəbər verir ki, müdafiəçi yığmanın Millətlər Liqası oyunları üçün heyətə daxil edilib.
Puxaç sonuncu dəfə 2024-cü ildə milliyə çağırılmışdı.
Polşa millisi sentyabrın 25-də Bosniya və Herseqovina, 28-də İsveç, oktyabrın 2-də Rumıniya, 5-də isə yenidən Bosniya və Herseqovina ilə üz-üzə gələcək.
