“Neftçi”nin futbolçusu Denzel Jubitana Surinam yığmasına dəvət alıb.
Prosport.Az xəbər verir ki, Surinam yığması KONKAKAF Millətlər Liqasında sentyabrın 26-da Honduras, 29-da Martinika, oktyabrın 3-də və 6-da isə Qvatemala ilə qarşılaşacaq.
Jubitana bu yay “Neftçi”yə transfer olunub. O, “ağ-qaralar”la Premyer Liqada 1 oyuna çıxıb.
