Azərbaycanın U-17, U-19 və U-21 yığma komandasının sabiq üzvü Barış Əkinciər özünə yeni komanda tapıb.
Prosport.Az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi II Liqada yarışan “Elazığspor”la anlaşıb.
O, aşağı liqa təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.
Yığmamızın keçmiş futbolçusu “Boxum”, “Austriya" (Klaqenfurt), “Valdhof" (Manhaym), “Şanlıurfaspor”, “Ümraniyəspor” klublarının formasını geyinib.
