"Neftçi" heyətinə yeni basketbolçu cəlb edib.
Prosport.Az xəbər verir ki, ABŞ-dən olan oyunçu Zakeriya Hikslə 1 illik müqavilə imzalayıb.
23 yaşlı hücumçu karyerası ərzində NCAA-da "Templ Ouls" və "Penn Steyt Nittani Layns" komandalarının şərəfini qoruyub.
Hiks peşəkar səviyyədə İspaniyanın "UCAM Mursiya" klubunda, son olaraq isə NBA G Liqasında "Sous Bay Leykers" komandasında çıxış edib.
