Ölkəmizdə “Zirə” və “Səbail”in formasını geyinmiş Ali Sesay klubları əlcək kimi dəyişməkdə davam edir.
Prosport.Az xəbər verir ki, syerra leoneli mərkəz müdafiəçisi Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) yollanıb.
Belə ki, 32 yaşlı oyunçu BƏƏ-nin III divizion təmsilçisi “Preçision”la müqavilə imzalayıb. İngiltərə vətəndaşlığı da olan Sesay karyerası ərzində bu ölkədən əlavə, Yunanıstan, İsveç, Bolqarıstan, Albaniya, İndoneziya, Azərbaycan, Honkonq, Malayziya və Vyetnamda legioner həyatı yaşayıb. BƏƏ onun karyerasında 10-cu xarici ölkə olacaq. “Preçision” isə Sesayın 17-ci klubudur.
Qeyd edək ki, Ali Sesay 2020-ci ildə “Zirə”nin, 2021-ci ilin yanvarından iyununa qədər isə “Səbail”in şərəfini qoruyub.
