Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Bukovina” Ukrayna Kubokunun 1/16 finalında LNZ ilə qarşılaşıb.
Prosport.Az xəbər verir ki, Çernovtsıdakı görüşün əsas vaxtı qolsuz heç-heçə ilə başa çatıb.
Penaltilər seriyasında isə LNZ 3:0 hesabı ilə qalib gələrək 1/8 finala yüksəlib.
Renat Dadaşov da bu oyunda iştirak edib. 27 yaşlı hücumçu start heyətində meydana çıxıb və sonadək oynayıb.
