Futbol üzrə Litva yığmasının UEFA Millətlər Liqasının oyunları üçün heyəti açıqlanıb.
Prosport.Az xəbər verir ki, baş məşqçi Edqaras Yankauskas 26 nəfərlik heyətə aşağıdakı oyunçuların adlarını daxil edib:
Qapıçılar: Cüqas Bartkus, Edvin Hertmon, Tomaş Şvedkauskas;
Müdafiəçilər: Vilius Armalas, Jiqimantas Baltrunas, Dominikas Barauskas, Kıpras Kajukolov, Yustas Lasitskas, Rokas Lekiatas, Adrian Likunas,Piyus Şirvis, Arteminos Tutışkinas, Edqaras Utkus;
Yarımmüdafiəçilər: Mateus Burba, Artur Doljnikov, Qvidas Qineytis, Eliqiyus Yankauskas, Vaydas Maqduşauskas, Lukas Maxelbrink, Vikintas Slivka, Faustas Steponaviçyus, Domantas Şluta, Modest Vorobyov;
Hücumçular: Armandas Kuçis, Manfredas Ruzqis, İqnas Ventskus.
Qeyd edək ki, sentyabrın 23-də UEFA Millətlər Liqasının ilk turunda Lixtenşteynin qonağı olacaq Litva millisi bundan 4 gün sonra Azərbaycan yığmasını qəbul edəcək. Sentyabrın 30-da Andorra ilə yoldaşlıq matçında qüvvəsini sınayacaq komanda oktyabrın 4-də Bakıda Azərbaycan millisi ilə qarşılaşacaq.
