Futbol üzrə Azərbaycan I Liqasında III turun açılış matçı keçirilib. “Karvan-Yevlax” komandası evdə “Zaqatala”nı qəbul edib.
Prosport.Az xəbər verir ki, Yevlax şəhər stadionunda qarşılaşan komandaların duelində meydan sahibləri böyükhesablı qələbə qazanıblar — 3:0.
I Liqa
III tur
Karvan-Yevlax — Zaqatala 3:0
Qollar: İ. Əliyev, 9, 22, E. Mustafayev, 90+3
Bu qələbədən sonra xallarının sayını 6-ya çatdıran “Karvan-Yevlax” turnir cədvəlində 1-ci pilləyə yüksəlib. 4 xalı olan “Zaqatala” isə 5-ci sıraya düşüb.
III turun digər oyunları sabah keçiriləcək və tura sentyabrın 18-də yekun vurulacaq.
