Almaniyanın “Borussiya” (Dortmund) klubunun futbolçusu Konstantinos Karetsas komanda ilə məşqlərə qayıdıb.
Prosport.Az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisi məlumat yayıb.
Yarımmüdafiəçi həftənin əvvəlində fərdi məşqlər keçdikdən sonra çərşənbə günü komanda ilə ümumi hazırlıq prosesinə qoşulub.
Qeyd edək ki, Karetsas UEFA Çempionlar Liqasının əsas mərhələsində İspaniyanın “Vilyarreal” klubuna qarşı keçirilən matçın 27-ci dəqiqəsində səhhətində yaranan problem səbəbindən əvəzlənib. O, qan dövranında yaranan problemə görə daha sonra xəstəxanaya yerləşdirilib.
