Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    “Qarabağ”a keçidim Macarıstan yığmasına çağırılmağıma təkan verdi" - Bençe Varkonyi
    16.09.2026 16:05:08

    “Qarabağ”ın futbolçusu Bençe Varkonyi Macarıstan millisinə dəvət alması ilə bağlı fikirlərini bildirib.

    Prosport.Az xəbər verir ki, Ağdam təmsilçisinin rəsmi saytına danışan 24 yaşlı müdafiəçi karyerasında ilk dəfə əsas yığmaya çağırılmasını sevinclə qarşıladığını qeyd edib.

    O, milliyə çağırılacağını öyrənəndə çox sevindiyini söyləyib: “Bu xəbəri böyük xoşbəxtlik və müsbət hislərlə qarşıladım. Düşünürəm ki, hansı səviyyədə olmasından asılı olmayaraq idmana başlayan hər bir insanın arzusu və məqsədi bir gün öz ölkəsi üçün mübarizə aparmaq, milli komandanın formasını geyinib oynamaqdır. Buna görə də bu dəvət məni həqiqətən çox sevindirdi”.

    Mövsümlərarası fasilədə “Qarabağ”a transfer olunan müdafiəçi Azərbaycan təmsilçisinə keçidin yığmaya çağırılmasına təkan verdiyini vurğulayıb: “Bəli, yayda “Qarabağ”a transfer olunmağım mənim üçün böyük addım idi. Xaricdə, yaxşı bir komandada özümü göstərmək istəyirdim. Yəqin ki, ilk dəfə milli komandaya dəvət almağımda bunun da rolu var. Kluba çox minnətdaram, çünki burada mənə hər məsələdə dəstək olurlar. Mənə etimad göstərilib və mən də bu etimadı doğrultmaq, ən yaxşı oyunumu nümayiş etdirmək üçün çalışıram”.

    Varkonyi hədəflərinə çatmaq üçün çalışacağını vurğulayıb: “Təbii ki, həm komanda, həm də fərdi səviyyədə qarşıma qoyduğum məqsədlər var. Onlara çatmaq üçün bundan sonra da əlimdən gələni etməyə davam edəcəyəm”.

    Qeyd edək ki, UEFA Millətlər Liqasında sentyabrın 25-də Ukraynanı, oktyabrın 2-də Gürcüstanı qəbul edəcək Macarıstan yığması sentyabrın 28-də Şimali İrlandiyanın, oktyabrın 5-də Ukraynanın qonağı olacaq.

    Futbol

    Kanadalı müdafiəçi "Sabah"la oyunu buraxacaq

    24.11.2026 17:15:17
    Futbol

    “Sabah” – “Barselona” oyunu ilə bağlı 5 maraqlı fakt

    24.11.2026 16:51:52
    Futbol

    "Qarabağ" sabiq futbolçusunu icarəyə götürmək istəyir

    24.11.2026 15:47:39
    Futbol

    "İspan jurnalistlər zəng edib Azərbaycan futbolu ilə maraqlanırlar" – "Barselona" və "Sabah"ın sabiq futbolçusu

    24.11.2026 15:19:10
    Futbol

    Qarabağa səfər, tarixi şəhərdə futbol günü - VİDEO

    24.11.2026 14:46:21
    Futbol

    "Sabah" - "Barselona" oyununa görə dəyişiklik

    24.11.2026 14:17:22
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Kanadalı müdafiəçi "Sabah"la oyunu buraxacaq

    24.11.2026 17:15:17

    “Sabah” – “Barselona” oyunu ilə bağlı 5 maraqlı fakt

    24.11.2026 16:51:52

    Azərbaycan güləşçisi dopinqə görə diskvalifikasiya olundu

    24.11.2026 16:13:47

    "Qarabağ" sabiq futbolçusunu icarəyə götürmək istəyir

    24.11.2026 15:47:39

    "İspan jurnalistlər zəng edib Azərbaycan futbolu ilə maraqlanırlar" – "Barselona" və "Sabah"ın sabiq futbolçusu

    24.11.2026 15:19:10

    Qarabağa səfər, tarixi şəhərdə futbol günü - VİDEO

    24.11.2026 14:46:21

    "Sabah" - "Barselona" oyununa görə dəyişiklik

    24.11.2026 14:17:22

    "Kunde və Rafinya ilə danışmaq istərdim" - "Sabah"ın legioneri

    24.11.2026 13:50:45

    Mahir Emreli Polşada seçilənlər arasında

    24.11.2026 13:12:40

    "Barselona"nın prezidenti Bakıda himn oxudu - VİDEO

    24.11.2026 12:57:03

    Qara Qarayev, "Yaşıl top" və uşaqlar - FOTOLAR

    24.11.2026 12:13:43

    "Marca" "Sabah"ın heyətində 5 futbolçunu fərqləndirdi

    24.11.2026 11:46:38

    Keçmiş məşqçisindən "Sabah"ın qapıçısına "Barselona" xəbərdarlığı

    24.11.2026 11:15:05

    Azərbaycan Cüdo Federasiyası yeni filmini təqdim etdi - VİDEO

    24.11.2026 10:50:21

    "Uşaq vaxtı bunların xəyalını qururdum" - "Sabah"ın legioneri

    24.11.2026 10:24:09
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved