Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Rakuv” Polşa Ekstraklasanın III turundan təxirə salınmış oyunda “Zaqlembe”ni (Lyubin) qəbul edib.
Prosport.Az xəbər verir ki, gərgin keçən qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb – 2:3..
Meydana start heyətində çıxan Emreli 58-ci dəqiqədə fərqlənsə də, qol ofsayd səbəbindən ləğv olunub.
Qeyd edək ki, "Rakuv" hazırda 3 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
