“Qarabağ”ın müdafiəçisi Bens Varkonyi ilk dəfə Macarıstanın əsas milli komandasına dəvət alıb.
Prosport.Az xəbər verir ki, baş məşqçi Marko Rossi 24 yaşlı futbolçunu UEFA Millətlər Liqasının qarşıdakı 4 oyunu üçün heyətə daxil edib. Varkonyi milli komandaya ilk dəfə dəvət alan 5 futbolçudan biridir.
Macarıstan millisi sentyabrın 25-də Ukraynanı qəbul edəcək, sentyabrın 28-də Şimali İrlandiyanın, oktyabrın 2-də Gürcüstanın qonağı olacaq. Komanda oktyabrın 5-də isə səfərdə Ukrayna ilə qarşılaşacaq.
