Rusiya I Liqasında XI turun oyunları keçirilir.
Prosport.Az xəbər verir ki, milli komandamızın üzvü Ramil Şeydayevin çıxış etdiyi “Soçi” səfərdə “Veles Moskva”nın qonağı olub. Matç həmyerlimizin komandasının qələbəsi ilə yekunlaşıb – 2:1.
Oyunda hesabı 37-ci dəqiqədə meydan sahibləri açıb. Start heyətində oyuna başlayan Şeydayevin əvəzlənməsindən sonra (68) qonaqlar geridönüş etməyi bacarıb. “Soçi” 78 və 90+3-cü dəqiqələrdə fərqlənərək qələbəni təmin edib.
Qələbə sayəsində xallarının sayını 22-ə çatdıran “Soçi” turnir cədvəlində 2-ci pilləyə yüksəlib.
