Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Araz-Naxçıvan" millinin bazasına çevrilir - Məşqçi açıqladı
    15.09.2026 14:16:19

    "Əsas hədəfimiz komandanı yenidən Azərbaycan millisinin bazasına çevirməkdir".

    Prosport.Az xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan" futzal klubunun məşqçisi Fərid Ələkbərov federasiyanın rəsmi saytına açıqlamasında deyib.

    O, komandanın hazırlıq prosesi və heyətin komplektləşdirilməsi barədə danışıb: "Hazırlığa bir neçə gündür başlamışıq. Fiziki və taktiki plan üzrə məşqlər keçirik. Çempion heyətdən çox az sayda futzalçı qalıb, komandanı demək olar ki, yenidən qururuq. Əsasən yerli oyunçularla danışıqlar aparırıq. İstəyirik ki, "Araz-Naxçıvan"ı əvvəlki illərdə olduğu kimi, yenidən Azərbaycan millisinin bazasına çevirək. Transfer fəaliyyətini də bu istiqamətdə qurmuşuq. Artıq Kənan Manafov, Murad Quluzadə, Oktay Rüstəmli, Novruz Kazıxanov, Eldar Zeynalov və gənclər millisinin üzvü Rəvan Məşiyevlə anlaşmışıq. Bu futzalçılar müxtəlif illərdə klubda çıxış ediblər. Emin Kürdov və Ədalət Ələkbərov da komandadadır. Bir neçə oyunçu ilə danışıqlar davam edir, baxışda olanlar da var".

    Mütəxəssis əcnəbi futzalçıların transferinə də toxunub: "Heyətdə əcnəbilər də yer alacaq, ancaq maksimum iki-üç legioner transfer edəcəyik. Çalışacağıq ki, daha çox milli üzvlərini cəlb edək. Təbii ki, büdcənin də təsiri var. Az büdcə ilə çox iş görməyə çalışacağıq. İşləri düzgün qura bilsək, sponsor sonrakı mərhələdə maliyyəni artıra bilər. Əsas odur ki, "Araz-Naxçıvan" yaşayır və yaşayacaq. Futzalçıların əksəriyyəti millinin düşərgəsində olacaq. Çempionlar Liqasının oyunlarından əvvəl yığmanın Çexiya ilə matçı var. Bu, bir növ komandanın xeyrinə olacaq və oyunçular daha hazır vəziyyətə gələcəklər".

    O, qrupdakı rəqibləri də dəyərləndirib: "Əsas mərhələdə zəif rəqib olmur. Kimin necə hazırlaşmasından çox şey asılıdır. Rəqiblərimiz kifayət qədər güclüdür. Meydan sahibi "Piast" tarixinin ən böyük büdcəsinə sahibdir və legionerlərlə güclənib. "Buba Mara"nın oyunlarını izləmişik, hazırlıqlı komandadır. "Uypest" də çətin, rəqabətli çempionatın qalibi olub. Üstəlik, hər üç ölkədə çempionat başlayıb. Bu isə rəqiblərin oyun təcrübəsi baxımından inkişaf etməsinə kömək edir. Çalışacağıq ki, yaxşı nəticə qazanaq. "Araz-Naxçıvan" hər zaman iddialı olub və yüksək yerlər uğrunda mübarizə aparıb. Bu gün reallıq bir qədər fərqlidir, ancaq uğur qazanmaq üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik".

    Qeyd edək ki, "Araz-Naxçıvan" UEFA Çempionlar Liqasının əsas mərhələsindəki oyunlarını oktyabrın 27-dən 30-dək Polşada keçirəcək. Komanda qrupda "Piast" (Polşa), "Buba Mara" (Bosniya və Herseqovina) və "Uypeşt" (Macarıstan) komandaları ilə münasibətlərə aydınlıq gətirəcək.

    Futbol

    "Araz-Naxçıvan" millinin bazasına çevrilir - Məşqçi açıqladı

    15.09.2026 14:16:19
    Özəl xəbər

    "Araz-Naxçıvan"ın yeni prezidenti bu şəxs oldu – ÖZƏL

    5.09.2026 09:32:02
    Futbol

    Azərbaycanda bu 3 federasiya ləğv edildi, yeni rəhbər bilindi – FOTO

    4.09.2026 00:19:57
    Futbol

    Millimizi "Sabah"ın sabiq baş məşqçisi çalışdıracaq – ÖZƏL

    3.09.2026 11:38:00
    Futbol

    "Araz-Naxçıvan"ı 2 məşqçi çalışdıracaq – ÖZƏL

    3.09.2026 10:59:52
    Futbol

    "Araz-Naxçıvan"ın ÇL-dəki rəqibləri bəlli oldu

    30.08.2026 10:24:08
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Şamaxı" - "Araz-Naxçıvan": HEYƏTLƏR

    20.09.2026 15:19:05

    "Arsenal" yenə uduzdu

    20.09.2026 14:45:18

    Rafinya "Barselona" tarixinə düşdü

    20.09.2026 13:39:26

    Taekvondo üzrə "Koreya Səfiri Kuboku" keçiriləcək

    20.09.2026 12:01:04

    Taekvondo üzrə ölkə birinciliyi və çempionat keçiriləcək

    20.09.2026 11:29:32

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19

    "Milli fasiləyə qalib yollanmaq önəmli idi" – Akim Zedatka

    20.09.2026 10:37:37

    "Şamaxı" "Araz-Naxçıvan"a, "Kəpəz" "Sumqayıt"a qarşı

    20.09.2026 10:00:11

    Mahir Emreli 80 dəqiqə oynadı, komandası uduzdu

    19.09.2026 23:40:14

    Şahmat yığmalarımızdan Səmərqənddə 1 heç-heçə, 1 qələbə

    19.09.2026 23:16:20

    "Borussiya" və "Qarabağ"la oynayacağıq, Çempionlar Liqasına xoş gəlmisiniz" – Valdas Dambrauskas

    19.09.2026 22:44:48

    "Qapıçını irəli göndərən mən idim" – Fərid Namazov

    19.09.2026 22:16:44

    "Sabah" 3 xalı 3 qolla qazandı - VİDEO

    19.09.2026 21:40:12

    "Rəşad Sadıqov "Turan Tovuz"un epizodu ilə bağlı heç nə demədi?" – Qurban Berdiyev

    19.09.2026 20:41:44

    "Son 6 ildə çempionatda ən çox səhv "Zirə"yə qarşı olub" – Rəşad Sadıqov

    19.09.2026 20:07:19
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved