İsrail çempionatında IV turun oyunları keçirilir.
Prosport.Az xəbər verir ki, Azərbaycan millisinin üzvü Rüfət Abdullazadənin formasını geyindiyi “Kiryat Şimona” evdə “Makkabi” (Hayfa) ilə üz-üzə gəlib.
Qarşılaşma meydan sahiblərinin 0:4 hesablı məğlubiyyəti ilə başa çatıb.
Abdullazadə matça start heyətində başlayıb və 69-cu dəqiqədə əvəzlənib.
Bu nəticədən sonra "Kiryat Şimona" turnir cədvəlində 3 xalla 11-ci pillədə qərarlaşıb.
