Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "Mənim üçün Mançester və ya Sumqayıtda oynamağın heç bir fərqi yoxdur" – Timoteuş Puxaç
    14.09.2026 23:20:57

    Azərbaycan Premyer Liqasının V turunun bağlanış matçında “Sabah" Sumqayıtda “Şəfa”nı 3:0 hesabı ilə məğlub edib.

    Matçdan sonra “bayquşlar"ın futbolçusu Timateuş Puxaç Prosport.Az-a müsahibə verib.

    – Oyunu necə dəyərləndirirsiniz?

    – Yaxşı çıxış etdik. Planlaşdırdığımız kimi, rəqibi düzgün qiymətləndirdik, qapımızı toxunulmaz saxladıq və 3 xalı qazandıq. Bu, bizim üçün çox vacibdir. Onlar kifayət qədər yaxşı komandadır. Fiziki cəhətdən güclüdürlər, xüsusilə də ilk dəqiqələrdə müdafiədə yaxşı təşkilatlanmışdılar. Ancaq oyunçularımızın keyfiyyəti yüksəkdir, onları üstələməyin yolunu tapdıq və qollar vurduq. Nəticədən məmnunuq. Artıq “İmişli”yə qarşı oyunun hazırlığına başlayacağıq.

    – Çempionlar Liqası oyunundan sonra uzun səfərin yorğunluğu sizə təsir etdi?

    – Bütün bu şeylər komandaya təsir edə bilərdi, amma düşünürəm ki, sanki bu dəfə etmədi. Oyundan əvvəl danışdıq, komanda yoldaşlarımla söhbət etdik. Dedik ki, ötən il Premyer Liqadakı oyunlarda qalib gəlib, çempionluq qazandıq. Bu, Çempionlar Liqasında, “Qarabağ”a, “Zirə”yə qarşı matçlarda da eynidir: həmişə 3 xal qazanmağa çalışmalıyıq. Ona görə də diqqəti cəmləmək vacibdir və elə də oldu.

    – Çempionlar Liqasından sonra Premyer Liqada oynamaq necədir? Atmosfer və səviyyə fərqini hiss edirsiniz?

    – Düzünü desəm, əlbəttə, ÇL oyunu ətrafındakı hər şey gözəldir: azarkeşlər, himn və sair. Amma nəticə etibarilə siz 11 nəfərə qarşı eyni ot örtüyündəsiniz. Mənim üçün Mançesterdə və ya burada oynamağımın heç bir fərqi yoxdur. Bacardığım qədər ən yaxşısını etməliyəm. Futbolçu meydanda bütün  diqqətini oyuna yönəltməlidir.

    – Amma rəqiblər arasında böyük səviyyə fərqi var...

    – Səviyyə, əlbəttə ki, fərqlidir. Dünyanın ən yaxşı komandalarından biri, ən yaxşı oyunçuları ilə oynayırıq. Onlar 100 milyonlarla avro dəyərindədir. Amma fərqi yoxdur, hər komandaya qarşı oynamalısan.

    – Çempionluq uğrunda əsas rəqibiniz “Qarabağ”ın “Zirə” ilə 1:1 hesablı heç-heçə etdiyini, sizin isə “Zirə”ni 5:0 hesabı ilə məğlub etdiyinizi nəzərə alsaq, bu nəticələrə necə baxırsınız?

    – Bu, mənim komandam deyil, mənim komandam “Sabah”dır. Mən yalnız öz nəticəmə diqqət yetirirəm, digər komandalara fikir vermirəm. Kimin hansı nəticəni əldə etdiyi vecimə deyil. Mən yalnız “Sabah”ın nəticəsi ilə maraqlanıram.

    Bahar Rüstəm

    Futbol

    AFFA-da lisenziyalaşdırma mövsümünün açılış iclası keçirildi

    15.10.2026 17:11:53
    Futbol

    "Sabah"ın qapıçısı Kurtua ilə eyni sırada

    15.10.2026 16:14:10
    Futbol

    Çempionlar Liqası: Stas Pokatilov rəmzi komandada

    15.10.2026 15:43:37
    Minifutbol

    Millimiz dünya çempionatının pley-offunda - YENİLƏNİB

    15.10.2026 15:10:36
    Futbol

    Almanlar "Sabah"dan çəkinir

    15.10.2026 13:48:32
    Futzal

    Millimiz ilk dəfə Lənkəranda rəsmi oyun keçirəcək

    15.10.2026 12:41:42
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    AFFA-da lisenziyalaşdırma mövsümünün açılış iclası keçirildi

    15.10.2026 17:11:53

    Cüdo millimizin Asiya Açıq Turniri üçün heyəti bilindi

    15.10.2026 16:45:28

    "Sabah"ın qapıçısı Kurtua ilə eyni sırada

    15.10.2026 16:14:10

    Çempionlar Liqası: Stas Pokatilov rəmzi komandada

    15.10.2026 15:43:37

    Millimiz dünya çempionatının pley-offunda - YENİLƏNİB

    15.10.2026 15:10:36

    Komandamız Avropa çempionatının finalında

    15.10.2026 14:40:59

    Azərbaycanı Avropa Kubokunda bu komandalar təmsil edəcək

    15.10.2026 14:18:51

    Almanlar "Sabah"dan çəkinir

    15.10.2026 13:48:32

    Azərbaycan klubunda braziliyalı hücumçu

    15.10.2026 13:10:33

    Millimiz ilk dəfə Lənkəranda rəsmi oyun keçirəcək

    15.10.2026 12:41:42

    "Mahir hər keçən oyunda sanki sönür" - Polşa mətbuatı

    15.10.2026 12:22:49

    Yığmamız Gürcüstanda 4 medal qazandı

    15.10.2026 11:43:32

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    15.10.2026 11:13:13

    "Qarabağ" - "Neftçi" oyunu FIFA referisinə tapşırıldı

    15.10.2026 10:51:47

    Günay Qurbanova finalda, Ruslan Nurullayev dünya 3-cüsü oldu

    15.10.2026 10:00:35
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved