Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Bu göstəricilər məni narahat edir" - Zaur Həşimov
    14.09.2026 22:11:04

    Azərbaycan Premyer Liqasının V turunda evdə “Sabah”a 0:3 hesabı ilə uduzan “Şəfa”nın baş məşqçisi Zaur Həşimov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis ilk növbədə matç haqqında fikirlərini bölüşüb.

    – İlk hissədə 26-cı dəqiqədə qol buraxana qədər göstərdiyimiz oyundan ümumən razı idim. Topa daha çox nəzarət edir, hücumlara çıxırdıq. Əlbəttə ki, rəqibin səviyyəsini də nəzərə almalıyıq. Bu gün çox yaxşı, cəmi 3–4 gün öncə Mançesterdə matç keçirmiş və əla komplektləşmiş komandaya rəqib olduq. Onlara qarşı layiqli mübarizə apardıq. Sadəcə, buraxdığımız qollar bizi məyus edir. Artıq neçənci matçdır ki, kiçik detallardan və öz səhvlərimizdən qapımızda qol görürük. Bununla belə, komandamın oyunundan narazı qalmadım, əksinə, müsbət təəssürat yaratdı. “Şəfa” öz oyunu ilə bu çempionata rəng qata bilər və gələcəkdə daha yaxşı futbol nümayiş etdirəcəyik.

    – “Şəfa” ilk 5 turda ən çox qol buraxan və ən az qol vuran 2 komandadan biridir. Baş məşqçi kimi bu göstəricilər sizi narahat edirmi?

    – Əlbəttə, narahat edir. Lakin nəzərə almaq lazımdır ki, daha çox qol buraxdığımız matçlar çempionluq uğrunda mübarizə aparan komandalara qarşı olub. Bu nəticələrlə barışmırıq və lazımi tədbirləri görəcəyik. Ən az qol vuranlar sırasında olmağımıza gəlincə, 5 turdakı rəqiblərimizin səviyyəsinə baxmaq lazımdır. Bizə turnir cədvəli baxımından ən çox təsir edən məğlubiyyət 3-cü turda “İmişli”yə qarşı oldu. Bu gün isə əsas hücumçumuz heyətdə yox idi. Fikrimcə, gələcək oyunlarda bu problemlərin öhdəsindən gələcəyik.

    – Qapıçı Nicat Mehbalıyev həm “Neftçi”, həm də “Sabah”la matçlarda oyunun qırılma anlarında səhvlərə yol verdi. Onunla fərdi söhbət aparılacaq, yəni ehtiyat skamyaya göndərilmə ehtimalı var?

    – Əvvəl də qeyd etdiyim kimi, məhz detal səhvləri komandaya böyük zərbə vurdu və oyunun qırılma nöqtələri oldu. Nicat bizim futbolçumuzdur, lakin o da anlayır ki, komandada digər qapıçılarımız da var və heyətdə rəqabət mövcuddur. Hər hansı addım atsaq, bu, Nicatı cəzalandırmaq üçün yox, sırf onun inkişafına təkan vermək üçün olacaq.

    Futbol

    AFFA-da lisenziyalaşdırma mövsümünün açılış iclası keçirildi

    15.10.2026 17:11:53
    Futbol

    "Sabah"ın qapıçısı Kurtua ilə eyni sırada

    15.10.2026 16:14:10
    Futbol

    Çempionlar Liqası: Stas Pokatilov rəmzi komandada

    15.10.2026 15:43:37
    Futbol

    Millimiz dünya çempionatının pley-offunda - YENİLƏNİB

    15.10.2026 15:10:36
    Futbol

    Almanlar "Sabah"dan çəkinir

    15.10.2026 13:48:32
    Futbol

    Millimiz ilk dəfə Lənkəranda rəsmi oyun keçirəcək

    15.10.2026 12:41:42
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    AFFA-da lisenziyalaşdırma mövsümünün açılış iclası keçirildi

    15.10.2026 17:11:53

    Cüdo millimizin Asiya Açıq Turniri üçün heyəti bilindi

    15.10.2026 16:45:28

    "Sabah"ın qapıçısı Kurtua ilə eyni sırada

    15.10.2026 16:14:10

    Çempionlar Liqası: Stas Pokatilov rəmzi komandada

    15.10.2026 15:43:37

    Millimiz dünya çempionatının pley-offunda - YENİLƏNİB

    15.10.2026 15:10:36

    Komandamız Avropa çempionatının finalında

    15.10.2026 14:40:59

    Azərbaycanı Avropa Kubokunda bu komandalar təmsil edəcək

    15.10.2026 14:18:51

    Almanlar "Sabah"dan çəkinir

    15.10.2026 13:48:32

    Azərbaycan klubunda braziliyalı hücumçu

    15.10.2026 13:10:33

    Millimiz ilk dəfə Lənkəranda rəsmi oyun keçirəcək

    15.10.2026 12:41:42

    "Mahir hər keçən oyunda sanki sönür" - Polşa mətbuatı

    15.10.2026 12:22:49

    Yığmamız Gürcüstanda 4 medal qazandı

    15.10.2026 11:43:32

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    15.10.2026 11:13:13

    "Qarabağ" - "Neftçi" oyunu FIFA referisinə tapşırıldı

    15.10.2026 10:51:47

    Günay Qurbanova finalda, Ruslan Nurullayev dünya 3-cüsü oldu

    15.10.2026 10:00:35
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved