Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Bu tənqid yox, açıq hörmətsizlikdir" - Valdas Dambrauskas
    14.09.2026 21:54:32

    Azərbaycan Premyer Liqasının V turunda səfərdə “Şəfa”ya 3:0 hesabı ilə qalib gələn “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, litvalı mütəxəssis ilk növbədə qarşılaşma barədə təəssüratlarını bölüşüb.

    – Çempionlar Liqası kimi böyük bir turnirdən, “Old Trafford” kimi nəhəng bir stadiondan sonra gəlib bura köklənmək asan deyil. Amma futbolçularımın yanaşmasından çox razı qaldım. Heyətdə 6 rotasiya etmişdik, Mançesterdə ilk “11-lik”də başlayan 5 oyunçumuz bu gün də meydanda idi. Oyuna intensiv başladıq, 1-ci hissədə 2 qol vurduq və başqa fürsətlərimiz də oldu. Bununla belə, “Şəfa” da yaxşı oyun planı ilə qarşımıza çıxdı və təqdirəlayiq mübarizə apardı. İlk hissədə etdiyimiz bəzi səhvləri, “Old Trafford”dakına bənzər şəkildə rəqibə topu saxlamağa imkan verməyimizi və qapımıza ard-arda zərbələr endirilməsini bəyənmədim. 2-ci yarıya daha yaxşı başladıq, topa nəzarət etdik pressinqlə topu tez geri qaytardıq. Artıq bu qələbəni unudub şənbə günü olan matça köklənməliyik.

    – Rəhman Daşdəmirovun “Mançester Yunayted”lə oyundan sonra tənqid olunmasına münasibətiniz necədir?

    – Onu tənqid edənləri heç başa düşmürəm. Əvvəllər yerli futbolçuların oynamamasından gileylənirdilər. İndi azərbaycanlı bir oyunçu “Old Trafford”da, Çempionlar Liqasında “Sabah”ı və ölkəsini təmsil edir. Ona hörmətlə yanaşmaq lazımdır. Rəhman ölkənin ən yaxşı 3 futbolçusundan biridir. Ötən mövsüm çempionluq yaşayıb, kubok qazanıb və 33 oyunluq məğlubiyyətsizlik seriyasına imza atan komandanın əsas üzvüdür. Azərbaycanı Çempionlar Liqasında təmsil edən 2-ci klubun futbolçusunu bu cür tənqid etməyi qəbul etmirəm. Bu tənqid yox, açıq hörmətsizlikdir. Bənzər sözlər bizə təsir etmir, işimizə fokuslanmışıq.

    – Yunes Laşaabın Çempionlar Liqasının iştirak ərizəsinə salınmamasının səbəbi nədir?

    – Bu suala dəfələrlə cavab vermişəm. Çempionlar Liqasında müəyyən kvota var. 25 oyunçudan maksimum 17-si əcnəbi ola bilər, qalanları yerli oyunçulardır. Kənarda qalan legionerlərdən biri də Yunes oldu. Çünki hamısını sifariş etmək imkanımız yox idi. Amma daxili çempionatda rotasiyalar etmək üçün bütün futbolçularımız bizim üçün vacibdir.

    – Çempionatda 4 oyuna 11 qol vurub, top buraxmamısınız. Komandanın bu stabilliklə davam etməyə gücü çatacaq?

    – Onu zaman göstərəcək, biz oyundan-oyuna irəliləyirik. Geniş və böyük potensiala malik heyətim var. Uğur üçün çox çalışan, zəhmətkeş oyunçularla işlədiyim üçün şadam. Amma 3 cəbhədə mübarizənin necə alınacağını yalnız zaman göstərəcək.

    Futbol

    "Səbail" və "Xankəndi"dən qələbə, "Mingəçevir" uduzdu

    15.10.2026 17:39:34
    Futbol

    AFFA-da lisenziyalaşdırma mövsümünün açılış iclası keçirildi

    15.10.2026 17:11:53
    Futbol

    "Sabah"ın qapıçısı Kurtua ilə eyni sırada

    15.10.2026 16:14:10
    Futbol

    Çempionlar Liqası: Stas Pokatilov rəmzi komandada

    15.10.2026 15:43:37
    Futbol

    Millimiz dünya çempionatının pley-offunda - YENİLƏNİB

    15.10.2026 15:10:36
    Futbol

    Almanlar "Sabah"dan çəkinir

    15.10.2026 13:48:32
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycanda bu beynəlxalq yarış ilk dəfə keçiriləcək

    15.10.2026 18:26:04

    "Səbail" və "Xankəndi"dən qələbə, "Mingəçevir" uduzdu

    15.10.2026 17:39:34

    AFFA-da lisenziyalaşdırma mövsümünün açılış iclası keçirildi

    15.10.2026 17:11:53

    Cüdo millimizin Asiya Açıq Turniri üçün heyəti bilindi

    15.10.2026 16:45:28

    "Sabah"ın qapıçısı Kurtua ilə eyni sırada

    15.10.2026 16:14:10

    Çempionlar Liqası: Stas Pokatilov rəmzi komandada

    15.10.2026 15:43:37

    Millimiz dünya çempionatının pley-offunda - YENİLƏNİB

    15.10.2026 15:10:36

    Komandamız Avropa çempionatının finalında

    15.10.2026 14:40:59

    Azərbaycanı Avropa Kubokunda bu komandalar təmsil edəcək

    15.10.2026 14:18:51

    Almanlar "Sabah"dan çəkinir

    15.10.2026 13:48:32

    Azərbaycan klubunda braziliyalı hücumçu

    15.10.2026 13:10:33

    Millimiz ilk dəfə Lənkəranda rəsmi oyun keçirəcək

    15.10.2026 12:41:42

    "Mahir hər keçən oyunda sanki sönür" - Polşa mətbuatı

    15.10.2026 12:22:49

    Yığmamız Gürcüstanda 4 medal qazandı

    15.10.2026 11:43:32

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    15.10.2026 11:13:13
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved