Ukraynanın "Bukovina" klubunun yeni transferi Daniil Kravçuk komandadakı rəqabətdən danışıb.
Prosport.Az yerli mətbuata istinadən xəbər verir ki, 25 yaşlı hücumçu komandanın güclü ön xətt oyunçularına sahib olduğunu deyib.
Ukraynalı Azərbaycan millisinin hücumçusu Renat Dadaşovla və digər forvardlarla rəqabətə hazır olduğunu söyləyib: “Mənimlə yanaşı, daha 2 hücumçumuz var. Renat Dadaşov da mənim kimi, yeni transferlərdəndir. Oleq Kojuşko isə ötən ildən buradadır. Onların hər ikisi yüksək səviyyəli oyunçudur. Təbii ki, bu, bizim yalnız inkişafımıza kömək olacaq. Mən həm Renat, həm də Oleqlə rəqabətdən çəkinmirəm. Çünki öz gücümə güvənirəm".
Qeyd edək ki, yay fasiləsində Polşa klubu “Motor”dan ayrılan Renat Dadaşov “Bukovina” ilə 1 illik müqavilə imzalayıb.
