Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Ani dəyişiklik rəqib üçün gözlənilməz effekt vermiş ola bilər" - Rəşad Sadıqov
    13.09.2026 22:03:25

    Azərbaycan Premyer Liqasının V turunda evdə “Qarabağ”la 1:1 hesablı heç-heçə edən “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis ilk növbədə qarşılaşma haqqında fikirlərini bölüşüb.

    – Olduqca sürətli və keyfiyyətli oyun alındı. Hər iki komanda çempionata uğurlu start götürdüyü üçün baxımlı futbol gözlənilirdi və elə də oldu. Azarkeşlərin bu matçdan zövq aldığını düşünürəm. Matç boyu yüksək intizam və əzmkarlıq nümayiş etdirən futbolçularıma, həmçinin bizi tək qoymayan fanatlarımıza təşəkkür edirəm. Ötən tur “Sabah”a 0:5 hesabı ilə uduzmağımıza baxmayaraq, onlar oyun zamanı və matçdan sonra komandaya böyük dəstək göstərdilər. Futbolçularla bu dəstəyi xüsusi müzakirə etmişdik və bu gün meydandakı mübarizə ilə onlara təşəkkürümüzü bildirmək istəyirdik. “Qarabağ” keyfiyyətli futbol oynadı, məğlub da ola bilərdik, qələbə də qazana bilərdik. Əsas məsələ nəticə yox, futbolçularımın nümayiş etdirdiyi əzmkarlıq və nizam-intizam idi.

    – Heyətdəki zədə problemləri oyuna necə təsir etdi?

    – Həftəiçi ciddi çətinliklərlə qarşılaşdıq. Oyuna 4-lü müdafiə sistemi ilə hazırlansaq da, Eren Aydın, Dimitri Leqbo, Kris Diqbeu və Giorgi Papunaşvilinin zədələnməsi bizi məcbur etdi ki, 2 gün ərzində taktikanı dəyişək. Futbolçuların bu qısa müddətdə yeni tapşırıqları yüksək intizamla yerinə yetirməsi mənim üçün qürurvericidir. Maykon Kleytonun Braziliyada bərpa müddəti davam edir, isinmə zamanı gözlənilmədən əli qırılmışdı. Cari ildə 4 futbolçumuz çiyin çıxığı zədəsi alıb. Bu gün hətta 20-ci dəqiqədə Vierinya da zədələndi. Müəyyən sınaqlardan keçirik və öhdəsindən gəlməyə çalışırıq.

    – Ağır təqvimdə 4 xal qazandınız. Komandanın mövcud idman formasını və qarşıdakı milli fasiləni necə dəyərləndirirsiniz?

    – Avrokuboklara görə iyun ayından bir tempdə gəlirdik, buna görə də fasilənin ritmimizə təsiri barədə müəyyən narahatlıq var. İndi fasilə istəməzdik, lakin “Turan Tovuz”la vacib səfər matçımız var. Qazanılan xallardan daha vacibi komandanın nümayiş etdirdiyi keyfiyyət idi. “Sabah”a 0:5 uduzduğumuz matçda da komandam yaxşı oynamışdı, sadəcə rəqib son vuruşlarda daha dəqiq idi. Vacib olan hazırkı oyunu qoruyub təkmilləşdirməkdir. Əvəzedici heyətdən əsas komandaya mümkün transferlər isə sonradan bəlli olacaq.

    – Taktiki sistemin ani dəyişməsi Qurban Qurbanov üçün sürpriz oldu?

    – 8 matç idi ki, eyni sistemlə çıxış edirdik və ani dəyişiklik rəqib üçün gözlənilməz effekt vermiş ola bilər. Amma tam təhlili matçı yenidən izlədikdən sonra aparacağıq. Vacib olan hər iki komandanın qələbə üçün sona qədər mübarizə aparması idi.

    – “Sabah”la matçda hücum futbolundan imtina etməməyiniz tənqid olundu. Yenidən həmin rəqiblə oynasaydınız, eyni riski alardınız?

    – Avrokuboklarda və çempionatın startında hücumameyilli futbolumuz uğur gətirmişdi, ona görə sistemi dəyişmək istəmədim. Risk etdiyimizi bilirdim. Məğlub olsaq da, düşündüm ki, oynadığımız futbol çempionat boyu bizə faydalı olacaq. Oyunçular analizdə gördülər ki, böyük hesabla uduzsaq da, yaxşı həmlələrimiz var idi. Mourinyonun məşhur bir sözü var, “beş dəfə 1:0 uduzmaqdansa, bir dəfə 5:0 uduzmaq daha yaxşıdır”.

    – “Payde”, yoxsa “Sabah” məğlubiyyəti sizin üçün daha acı oldu?

    – Şübhəsiz ki, “Payde” məğlubiyyəti. Müasir futbolda 5:0 qalib gəlib və ya uduza bilərsən, böyük hesablar insanı o qədər də sarsıtmır, xüsusən risk aldığın səfər matçlarında. Amma “Payde” ilə matçda mərhələni əldən vermək çox ağır idi. Çoxlu qol fürsətləri, dirəkdən qayıdan toplar, əldən qaçan epizodlar oldu. Avrokubokda belə matç yaşamaq mənim üçün böyük təcrübə idi və inanıram ki, bu, komandanın gələcək inkişafı üçün ciddi təkan olacaq.

    Futbol

    Kanadalı müdafiəçi "Sabah"la oyunu buraxacaq

    24.11.2026 17:15:17
    Futbol

    “Sabah” – “Barselona” oyunu ilə bağlı 5 maraqlı fakt

    24.11.2026 16:51:52
    Futbol

    "Qarabağ" sabiq futbolçusunu icarəyə götürmək istəyir

    24.11.2026 15:47:39
    Müsahibə

    "İspan jurnalistlər zəng edib Azərbaycan futbolu ilə maraqlanırlar" – "Barselona" və "Sabah"ın sabiq futbolçusu

    24.11.2026 15:19:10
    Futbol

    Qarabağa səfər, tarixi şəhərdə futbol günü - VİDEO

    24.11.2026 14:46:21
    Futbol

    "Sabah" - "Barselona" oyununa görə dəyişiklik

    24.11.2026 14:17:22
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Kanadalı müdafiəçi "Sabah"la oyunu buraxacaq

    24.11.2026 17:15:17

    “Sabah” – “Barselona” oyunu ilə bağlı 5 maraqlı fakt

    24.11.2026 16:51:52

    Azərbaycan güləşçisi dopinqə görə diskvalifikasiya olundu

    24.11.2026 16:13:47

    "Qarabağ" sabiq futbolçusunu icarəyə götürmək istəyir

    24.11.2026 15:47:39

    "İspan jurnalistlər zəng edib Azərbaycan futbolu ilə maraqlanırlar" – "Barselona" və "Sabah"ın sabiq futbolçusu

    24.11.2026 15:19:10

    Qarabağa səfər, tarixi şəhərdə futbol günü - VİDEO

    24.11.2026 14:46:21

    "Sabah" - "Barselona" oyununa görə dəyişiklik

    24.11.2026 14:17:22

    "Kunde və Rafinya ilə danışmaq istərdim" - "Sabah"ın legioneri

    24.11.2026 13:50:45

    Mahir Emreli Polşada seçilənlər arasında

    24.11.2026 13:12:40

    "Barselona"nın prezidenti Bakıda himn oxudu - VİDEO

    24.11.2026 12:57:03

    Qara Qarayev, "Yaşıl top" və uşaqlar - FOTOLAR

    24.11.2026 12:13:43

    "Marca" "Sabah"ın heyətində 5 futbolçunu fərqləndirdi

    24.11.2026 11:46:38

    Keçmiş məşqçisindən "Sabah"ın qapıçısına "Barselona" xəbərdarlığı

    24.11.2026 11:15:05

    Azərbaycan Cüdo Federasiyası yeni filmini təqdim etdi - VİDEO

    24.11.2026 10:50:21

    "Uşaq vaxtı bunların xəyalını qururdum" - "Sabah"ın legioneri

    24.11.2026 10:24:09
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved