Azərbaycan Premyer Liqasında V turun daha bir oyunu keçirilib.
Prosport.Az xəbər verir ki, turun mərkəzi görüşündə “Zirə” doğma meydanda “Qarabağ”ı qəbul edib.
Görüşdə qalib müəyyənləşməyib - 1:1. “Qartallar”ın heyətində İsa Cibrilla (56), Ağdam klubunda isə Aleksey Kaşşuk (66) fərqlənib.
Bu nəticədən sonra hərəyə 10 xalı olan Ağdam klubu 2-ci, "qartallar" 3-cüdür.
Qeyd edək ki, turun əvvəlki qarşılaşmalarında "Neftçi" "İmişli"ni (3:2), "Kəpəz" "Qəbələ"ni (1:0) məğlub edib. "Sumqayıt" - "Şamaxı" (1:1) və "Araz-Naxçıvan" - "Turan Tovuz" matçlarında isə (2:2) qalib müəyyənləşməyib
