Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Ayaqla təmas yox idi, bəlkə baş hissəsində nəyəsə baxırdılar" – Qurban Berdiyev
    13.09.2026 19:29:01

    Azərbaycan Premyer Liqasının V turunda səfərdə “Araz-Naxçıvan”la 2:2 hesablı heç-heçə edən “Turan Tovuz”un baş məşqçisi KəQurban Berdiyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis ilk növbədə matç haqqında təəssüratlarını bölüşüb.

    – Meydanda 2 fərqli hissə gördük. İlk yarıda çox ləng oynayırdıq, lakin ikinci taymda etdiyimiz əvəzetmələrdən sonra oyunu sürətləndirə bildik. Bütün əvəzetmələri hücum xəttini yeniləmək üçün istifadə etmişdim. Müdafiəçilərimizdən kiminsə zədələnə biləcəyini ehtimal etməmişdim. Nəticədə faktiki olaraq matçı 10 nəfərlə başa vurduq. Bu gün 2 xal itirdik.

    – Qazanılan 1 xalda və ya itirilən 2 xalda təyin olunan penalti epizodu nə dərəcədə rol oynadı? Penalti var idi?

    – Təbii ki, nəticəyə birbaşa təsir etdi. Amma yenə deyirəm, müdafiəçimiz zədələndiyi üçün faktiki 10 nəfərlə mübarizə aparırdıq. Penalti epizoduna gəlincə, bunu müzakirə etmək istəmirəm. Əgər qapıçımız rəqibə həmin imkanı və fürsəti verdisə, deməli, penalti var idi.

    – Zəngin futbol təcrübənizi nəzərə alsaq, həmin penalti epizodu barədə nə deyə bilərsiniz? Epizodun təkrarına baxmısınız?

    – Xeyr, hələ baxmamışam. Təkrarın baxılması bir az uzun çəkdi. Açığı, baş hakim VAR-a getdikdə qərarı ləğv edəcəyini düşünürdüm. Çünki ayaqla təmas yox idi, bəlkə baş hissəsində nəyəsə baxırdılar. Hər halda, referi üçün penalti təyin etməyə hansısa əsas var idi.

    – Rəqibin baş məşqçisi Cavid Hüseynov keçmiş köməkçiniz olub və bir-birinizi yaxşı tanıyırsınız. Ona qarşı oyuna hazırlaşmaq nə dərəcədə çətin və ya asan idi?

    – Rəqibin tətbiq etdiyi hər iki taktiki sistemi təxminən bilirdik və həftəboyu məşqlərdə buna uyğun hazırlaşmışdıq. Ona görə də meydanda bizim üçün gözlənilməz heç nə baş vermədi.

    Futbol

    "İmişli"dən ayrılıb, "Şəfa"ya keçdi

    14.09.2026 11:34:19
    Futbol

    Baş məşqçi millimizin futbolçusuna güvənmir

    14.09.2026 11:09:50
    Futbol

    Premyer Liqada V tura yekun vurulur

    14.09.2026 10:00:50
    Futbol

    "Ani dəyişiklik rəqib üçün gözlənilməz effekt vermiş ola bilər" - Rəşad Sadıqov

    13.09.2026 22:03:25
    Futbol

    "Ona artıq hər şey bildirilib, danışılacaq bir şey yoxdur" - Qurban Qurbanov

    13.09.2026 21:31:04
    Futbol

    "Zirə" və "Qarabağ" heç-heçəyə razılaşdı - VİDEO

    13.09.2026 20:54:08
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycan komandası Maltada çempion oldu

    14.09.2026 12:41:15

    "Komandamla fəxr edirəm" - Millinin baş məşqçisi

    14.09.2026 12:14:32

    "İmişli"dən ayrılıb, "Şəfa"ya keçdi

    14.09.2026 11:34:19

    Baş məşqçi millimizin futbolçusuna güvənmir

    14.09.2026 11:09:50

    Azərbaycan təmsilçisi Çempionlar Liqasında mübarizəyə başlayır

    14.09.2026 10:49:17

    Yığmamız Çinə bu heyətlə yollanır - ADLAR

    14.09.2026 10:26:29

    Premyer Liqada V tura yekun vurulur

    14.09.2026 10:00:50

    Millimiz Avropa üçüncüsü oldu

    13.09.2026 23:32:37

    "Ani dəyişiklik rəqib üçün gözlənilməz effekt vermiş ola bilər" - Rəşad Sadıqov

    13.09.2026 22:03:25

    "Ona artıq hər şey bildirilib, danışılacaq bir şey yoxdur" - Qurban Qurbanov

    13.09.2026 21:31:04

    "Zirə" və "Qarabağ" heç-heçəyə razılaşdı - VİDEO

    13.09.2026 20:54:08

    "Ayaqla təmas yox idi, bəlkə baş hissəsində nəyəsə baxırdılar" – Qurban Berdiyev

    13.09.2026 19:29:01

    "Təmiz penalti idi" – Zaur İsmayılov

    13.09.2026 19:21:57

    Təmsilçimiz "Sea Breeze 2026" turnirinin qalibi oldu

    13.09.2026 19:17:44

    Gimnastlarımız dünya çempionatında gümüş medal qazandı

    13.09.2026 18:36:32
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved