Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Təmiz penalti idi" – Zaur İsmayılov
    13.09.2026 19:21:57

    Azərbaycan Premyer Liqasının V turunda evdə “Turan Tovuz”la 2:2 hesablı heç-heçə edən “Araz-Naxçıvan”ın baş məşqçisi Zaur İsmayılov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis ilk növbədə matç haqqında fikirlərini bölüşüb.

    – Çox gərgin oyun keçdi. Hesabda öndə olmağımıza baxmayaraq, 2-ci hissədə öz kobud və fərdi səhvlərimizdən qapımızda qollar gördük. Rəqibin standart vəziyyətlərdə təhlükəli olduğunu bilirdik, amma qolları standartdan yox, öz xətalarımızdan buraxdıq. Qarşılaşmanın sonlarına doğru təzyiqi artırdıq və rəqibi səhv etməyə məcbur elədik. Nəticədə matç heç-heçə ilə başa çatdı.

    – Penalti epizodunun təkrarına baxmısınız? Həmin qərar haqqında nə düşünürsünüz?

    – Mənim bildiyimə görə, rəqib qapıçı oyunçumuza toxunmuşdu, yəni təmiz penalti idi. Epizoda baxan kimi dərhal görünürdü. Düzdür, VAR dəfələrlə baxdı və baş hakimi də monitora dəvət etdi. Referinin təkrarı izləməsi bir az vaxt aparsa da, düşünürəm ki, tam ədalətli qərar verildi.

    – İlk 5 turda “Araz-Naxçıvan”ın rəqibləri kifayət qədər ağır idi. İndiki 5 xallıq göstərici sizi nə dərəcədə qane edir?

    – Bəli, təqvimimiz ağır idi. Amma biz hər matça qələbə üçün çıxırdıq. Ötən tur “Qarabağ”la oyunda futbolçularımız yaxşı çıxış edərək mövsümdə ilk qollarımızı vurdular. Həmin matç komandada böyük əhval-ruhiyyə və stimul yaratdı. Düşünürəm ki, gələcək turlarda performansımızı daha da artıracağıq.

    – Heyətdəki zədələr, cinah oyunçuları ilə bağlı çətinliklər və təbii örtükdən sintetikaya keçid komandaya necə təsir edir?

    – Sırf cinahda çıxış edən futbolçularımızı müdafiənin solunda və ya mərkəzində oynatmağa məcbur oluruq. Heyətdə müəyyən problemlərimiz var, lakin mövcud imkanlarla həmin mövqelərdəki boşluqları bağlamağa çalışırıq. Məşqlərimiz təbii ot örtüyündə keçir, oyun zamanı isə sintetikaya keçirik. Buna baxmayaraq, futbolçulara tapşırırıq ki, buna fikir vermədən hər matçda maksimum performanslarını ortaya qoysunlar.

    Futbol

    "İmişli"dən ayrılıb, "Şəfa"ya keçdi

    14.09.2026 11:34:19
    Futbol

    Baş məşqçi millimizin futbolçusuna güvənmir

    14.09.2026 11:09:50
    Futbol

    Premyer Liqada V tura yekun vurulur

    14.09.2026 10:00:50
    Futbol

    "Ani dəyişiklik rəqib üçün gözlənilməz effekt vermiş ola bilər" - Rəşad Sadıqov

    13.09.2026 22:03:25
    Futbol

    "Ona artıq hər şey bildirilib, danışılacaq bir şey yoxdur" - Qurban Qurbanov

    13.09.2026 21:31:04
    Futbol

    "Zirə" və "Qarabağ" heç-heçəyə razılaşdı - VİDEO

    13.09.2026 20:54:08
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycan komandası Maltada çempion oldu

    14.09.2026 12:41:15

    "Komandamla fəxr edirəm" - Millinin baş məşqçisi

    14.09.2026 12:14:32

    "İmişli"dən ayrılıb, "Şəfa"ya keçdi

    14.09.2026 11:34:19

    Baş məşqçi millimizin futbolçusuna güvənmir

    14.09.2026 11:09:50

    Azərbaycan təmsilçisi Çempionlar Liqasında mübarizəyə başlayır

    14.09.2026 10:49:17

    Yığmamız Çinə bu heyətlə yollanır - ADLAR

    14.09.2026 10:26:29

    Premyer Liqada V tura yekun vurulur

    14.09.2026 10:00:50

    Millimiz Avropa üçüncüsü oldu

    13.09.2026 23:32:37

    "Ani dəyişiklik rəqib üçün gözlənilməz effekt vermiş ola bilər" - Rəşad Sadıqov

    13.09.2026 22:03:25

    "Ona artıq hər şey bildirilib, danışılacaq bir şey yoxdur" - Qurban Qurbanov

    13.09.2026 21:31:04

    "Zirə" və "Qarabağ" heç-heçəyə razılaşdı - VİDEO

    13.09.2026 20:54:08

    "Ayaqla təmas yox idi, bəlkə baş hissəsində nəyəsə baxırdılar" – Qurban Berdiyev

    13.09.2026 19:29:01

    "Təmiz penalti idi" – Zaur İsmayılov

    13.09.2026 19:21:57

    Təmsilçimiz "Sea Breeze 2026" turnirinin qalibi oldu

    13.09.2026 19:17:44

    Gimnastlarımız dünya çempionatında gümüş medal qazandı

    13.09.2026 18:36:32
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved