“Monako”nun futbolçusu Paris Brunner “Strasburq”la oyunda etdiyi qol sevincinə görə üzr istəyib.
Prosport.Az xəbər verir ki, 1:1 hesabı ilə başa çatan qarşılaşmada 20 yaşlı hücumçu 72-ci dəqiqədə komandasının qolunu vurub. O, qol sevincini tribunaların qarşısında boğazına işarə edən jestlə qeyd edib.
Bu hərəkət futbolçunun kəskin tənqid olunmasına səbəb olub. Brunner daha sonra sosial şəbəkə hesabında paylaşım edərək jestinin düzgün olmadığını bildirib və üzr istəyib.
O, emosiyaların təsiri altında belə hərəkət etdiyini və heç kimə hörmətsizlik etmək niyyətində olmadığını qeyd edib.
