“Qızıl top”un 8 qat sahibi Lionel Messi MLS-in müntəzəm çempionatında “Neşvill”lə 2:2 hesablı heç-heçə etdikləri oyunda “İnter Mayami”nin qollarından birini vurub.
Prosport.Az xəbər verir ki, argentinalı hücumçu bununla cari mövsümdə 19-cu, karyerasında isə 928-ci qolunu vurub.
Messi bu nəticə ilə MLS-in bombardirlər yarışında vahid liderə çevrilib. Onun hesabında 19 qol var. “Dallas”ın futbolçusu Petar Musa isə 18 qolla ikinci pillədədir.
Messi MLS-də ardıcıl 7-ci oyunda qol vurub. Bu qarşılaşmalarda argentinalı futbolçu 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
“İnter Mayami” 25 turdan sonra 45 xalla Şərq Konfransında ikinci, “Neşvill” isə 54 xalla birincidir.
Qeyd edək ki, “İnter Mayami” növbəti oyununu sentyabrın 21-də “San Dieqo”ya qarşı keçirəcək.
