Azərbaycan Premyer Liqasında 5-ci tur davam edir.
Prosport.Az xəbər verir ki, bu gün turun daha iki oyunu keçiriləcək.
Günün ilk qarşılaşmasında “Araz-Naxçıvan” “Turan Tovuz”u qəbul edəcək. Görüş saat 16:30-da Şamaxı şəhər stadionunda başlayacaq.
Turun mərkəzi matçında isə “Zirə” doğma meydanda “Qarabağ”la qarşılaşacaq. Bu oyun saat 19:00-da Zirə İdman Kompleksinin stadionunda keçiriləcək.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “İmişli” “Neftçi”yə 2:3, “Kəpəz” “Qəbələ”yə 1:0 hesabı ilə qalib gəlib, “Sumqayıt” və “Şamaxı” isə 1:1 hesablı heç-heçə edib.
Turun son oyunu sentyabrın 14-də “Şəfa” və “Sabah” arasında keçiriləcək.
13 sentyabr (bazar)
16:30. “Araz-Naxçıvan” – “Turan Tovuz”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, İslam Məmmədov
VAR: Kamal Umudlu
AVAR: Müslüm Əliyev
Şamaxı şəhər stadionu
19:00. “Zirə” – “Qarabağ”
Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Vüsal Məmmədov, Rauf Cabarov
VAR: Rəvan Həmzəzadə
AVAR: Tərlan Talıbzadə
Zirə İdman Kompleksinin stadionu
11 sentyabr (cümə)
“İmişli” - “Neftçi” - 2:3
12 sentyabr (şənbə)
"Sumqayıt” - “Şamaxı” - 1:1
“Kəpəz” - “Qəbələ” - 1:0
14 sentyabr (bazar ertəsi)
19:00. “Şəfa” - “Sabah”
