Azərbaycan Premyer Liqasında V turun daha bir oyunu keçirilib.
Prosport.Az xəbər verir ki, "Sumqayıt" öz meydanında "Şamaxı" ilə qarşılaşıb.
Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Ev sahibi komandadan 25-ci dəqiqədə Jeam Oliveyra fərqlənib. Qonaqların qoluna isə 54-cü dəqiqədə baxımlı zərbə ilə Edqar Ədilxanov imza atıb.
Bu nəticən sonra "Şamaxı" 6 xalla 7-ci, "Sumqayıt" isə 1 xalla 11-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, V turun əvvəlki oyunlarında "Neftçi" Yevlaxda "Şamaxı"ya 3:2, "Kəpəz" isə evdə "Qəbələ"yə 1:0 hesabı ilə qalib gəlib. Tura sentyabrın 14-də yekun vurulacaq.
