Azərbaycan Premyer Liqasının V turu çərçivəsində "Qəbələ" səfərdə "Kəpəz"ə 0:1 hesabı ilə məğlub olub.
Prosport.Az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "qırmızı-qaralar"ın məşqçisi Amil Ağacanov matç haqda fikirlərini bölüşüb:
"Stadionda əla atmosfer var idi. Belə stadionlar və azarkeşlərlə Azərbaycan futbolu inkişaf edəcək. İlk hissədə daha yaxşı oynadıq, topa daha çox nəzarət etdik. 2-ci hissədə isə top itkilərimiz artdı. Buna baxmayaraq komandanın oyunundan razı qaldıq. Rəqib qələbəni daha çox istəyirdi və buna görə də qalib gəldi. Təəssüf ki, azarkeşlərimizi sevindirə bilmədik. Qələbə qazanmaq üçün bizə xarakter və istək çatmadı. Transfer pəncərəsi bağlanıb, amma hələ də komandaya yeni futbolçu cəlb edə bilərik".
