Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Kəpəz" hələ 1 nömrə oynamağa hazır deyil" - Azər Məmmədov
    12.09.2026 20:36:40

    "Hər oyunda qələbə qazanacaq gücdə deyilik. Amma biz hər oyuna qələbə üçün çıxacağıq, qələbəni istəyəcəyik. Ötən turdakı 1:4 hesablı məğlubiyyətdən sonra özümü və komandamızı çox analiz etdim. Düşündüm ki, komandamız hələlik hər oyunda bir nömrə və qələbə üçün oynamağa hazır deyil. Allah qoysa, gələcəkdə şəhərimizin azarkeşləri güclü “Kəpəz” görəcəklər. Bəzi qeyri-səmimi olan azarkeşlərimiz var. Hansı ki, hər məğlubiyyətdən sonra “Kəpəz” haqda sözlər danışırlar, sosial şəbəkələrdə də belə edirlər. Burada oturan baş məşqçiyə, “Kəpəz” camiəsinə imkan verməsələr, komanda hər zaman belə olacaq. İstədikləri hegemon, əvvəlki “Kəpəz”i görmək çətin olacaq. Burada işləyən hər məşqçiyə zaman vermək lazımdır ki, mərhələ-mərhələ “Kəpəz”i əvvəlki durumuna gətirsin. İstər mən olum, istərsə də başqası. Biz “Qəbələ”ni analiz edəndə çox dinamik komanda kimi görmüşdük. Çox yaxşı komandaya qarşı oynayırdıq. Analizimiz də düzgün oldu. Bəzi futbolçular var ki, onları zərərsizləşdirdik ki, oyunları alınmasın. Futbolçularımız möhtəşəm oynadılar. Ötən turdakı məğlubiyyətə görə çox məyus idim. Amma bu gün uduzsaydıq da, məyus olmayacaqdım”.

    Prosport.Az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Azər Məmmədov Azərbaycan Premyer Liqasının V turunun "Qəbələ"(1:0) ilə görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını da cavablandırıb.

    - Sanki komanda oyunu yox idi. Daha güclü klublara qarşı necə oynayacaqsınız? Nə qədər vaxtdan sonra daha güclü “Kəpəz” görəcəyik?

    - Mən sizdən bir az fərqli düşünürəm. Bu dəqiqə futbolda maliyyə önəmlidir. Etiraf edək ki, maliyyə yaxşı olanda daha bahalı futbolçu gətirirsən. Bizim müəyyən büdcəmiz var və bu məbləğə uyğun çox yaxşı komanda yığmışıq. O komandanın gücünə uyğun da futbol oynayırıq. “Şamaxı” ilə 1 nömrə oynamaq istəyirdik. Ancaq komandamız hazırda həm gözəl, həm də 1 nömrə oynamağa hələlik hazır deyil. Bizə zaman lazımdır. Çempionat yeni başlayıb. Azərbaycanda heç kimə söz verə bilmərəm ki, sabah necə olacaq.

    - Bir məğlubiyyətdən sonra futbolçular eyforiyaya qapıldılar və daha sonra acı məğlubiyyət aldınız. İndi yenə qalib gəldiniz. Növbəti rəqibiniz “Sumqayıt”dır. Qorxu var ki, yenə eyni şey olar?

    - Etiraf edim ki, bəli, var. Amma yaşadığımız hər gün bizim üçün təcrübədir. Həmin oyundan sonra analiz etdim ki, bəlkə burada belə etməməli idik. Bu qələbədən sonra daha da təcrübəli olmuşam. Ona görə də eyforiyaya nəinki mən, heç kim qapılmayacaq.

    - Dioqu Verdaşkanın sıradan çıxması planlarınızı nə qədər alt-üst edib?

    - Verdaşka 6 həftəlik sıradan çıxıb. Arxa əzələsində yırtılma əmələ gəlib. David son oyununu 6 ay əvvəl oynayıb, oyun praktikası yox idi. Amma bu gün çox yaxşı oynadı və heç bilinmirdi ki, oyun praktikası var, ya yox.

    Futbol

    "Sumqayıt" ilk, "Şamaxı" 6-cı xalını qazandı

    12.09.2026 21:37:09
    Futbol

    "Qələbə qazanmaq üçün xarakter və istək çatmadı" - Amil Ağacanov

    12.09.2026 21:02:56
    Futbol

    "Kəpəz" hələ 1 nömrə oynamağa hazır deyil" - Azər Məmmədov

    12.09.2026 20:36:40
    Futbol

    “Mançester Yunayted” bu azarkeşlərin hesabını blokladı

    12.09.2026 19:53:34
    Futbol

    "Kəpəz" minimal hesablı qələbə ilə 6-cı pilləyə yüksəldi - VİDEO

    12.09.2026 19:22:33
    Futbol

    "Sumqayıt" – "Şamaxı": HEYƏTLƏR

    12.09.2026 18:37:24
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Sumqayıt" ilk, "Şamaxı" 6-cı xalını qazandı

    12.09.2026 21:37:09

    "Qələbə qazanmaq üçün xarakter və istək çatmadı" - Amil Ağacanov

    12.09.2026 21:02:56

    "Kəpəz" hələ 1 nömrə oynamağa hazır deyil" - Azər Məmmədov

    12.09.2026 20:36:40

    “Mançester Yunayted” bu azarkeşlərin hesabını blokladı

    12.09.2026 19:53:34

    "Kəpəz" minimal hesablı qələbə ilə 6-cı pilləyə yüksəldi - VİDEO

    12.09.2026 19:22:33

    "Sumqayıt" – "Şamaxı": HEYƏTLƏR

    12.09.2026 18:37:24

    Təmsilçimiz finala yüksəldi

    12.09.2026 18:33:25

    Bu klub dağılmaq təhlükəsi ilə üz-üzədir

    12.09.2026 17:51:21

    “Sea Breeze 2026” turnirində yarımfinal mərhələsi başladı

    12.09.2026 17:44:22

    Hidayət Heydərov zədələndi

    12.09.2026 16:53:19

    "Kəpəz" – "Qəbələ": HEYƏTLƏR

    12.09.2026 16:48:15

    "Gəncə" meksikalı mütəxəssislə müqavilə imzaladı

    12.09.2026 16:46:50

    Futbolda yenilik: Qara kart tətbiq olunacaq

    12.09.2026 16:31:53

    Qana millisinin üzvü milli komanda karyerasını başa vurdu

    12.09.2026 15:36:55

    "Sabah"ın Çempionlar Liqasındakı rəqibi futbolçusunu icarəyə verdi

    12.09.2026 14:45:14
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved