Azərbaycan Premyer Liqasında V turun daha bir oyunu keçirilib.
Prosport.Az xəbər verir ki, "Kəpəz" öz meydanında "Qəbələ"ni qəbul edib.
Gəncə şəhər stadionunda oynanılan görüş ev sahibi komandanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 64-cü dəqiqədə Viktor Stıne vurub.
Bu nəticə ila xallarını 6-ya çatdıran Gəncə klubu 6-cı pilləyə yüksəlib. Qəbələnin eyniadlı təmsilçisi isə 4 xalla 8-cidir.
Günün 2-ci matçında "Sumqayıt"ı saat 19:30-da "Şamaxı"nı sınağa çəkəcək.
Qeyd edək ki, V turun açılış oyununda "Neftçi" Yevlaxda "Şamaxı"ya 3:2 hesabı ilə qalib gəlib. Tura sentyabrın 14-də yekun vurulacaq.
