Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov və komandanın idman direktoru İlqar Qurbanov Polşanın Çenstoxova şəhərinə səfər ediblər.
Prosport.Az xəbər verir ki, səfərdə məqsəd millinin “Rakuv”da çıxış edən futbolçusu Mahir Emrelinin oyununu canlı izləməkdir.
Çenstoxova təmsilçisi Ekstraklasanın VI turunda bu gün “Motor” komandasını qəbul edib və 2:1 hesablı qələbə qazanıb. Start heyətində meydana daxil olan və 87-ci dəqiqədə əvəzlənən Emreli qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.
Qeyd edək ki, bu, "Rakuv"un cari mövsüm Polşa çempionatında ilk qələbəsi olub. Komanda hazırda 3 xalla sonuncu - 18-ci pillədə qərarlaşıb.
