Azərbaycanda "Qarabağ", "Zirə" və "Araz-Naxçıvan"da oynamış Hamidu Keytanın yeni klubu bəlli oliub.
Prosport.Az xəbər verir ki, 31 yaşlı hücumçu İsraildə oynayacaq.
O, yüksək liqa təmsilçisi “Hapoel" (Petah-Tikva) ilə anlaşıb. Fransalı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, “Sent-Etyen”, “Botoşani”, “Vitorul”, “Santa Klara”, “Konyaspor” klublarında da çıxış etmiş Keyta son olaraq "Araz-Naxçıvan"da oynayıb.
