"Karvan-Yevlax" klubu ötən ay müqavilə imzaladığı Nemət Şixamirovla yolları ayırıb.
Prosport.Az xəbər verir ki, futbolçunun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, Nemət Şıxamirovla avqustda imzalanan müqavilənin müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulmuşdu.
