Rafael Vieqaş yenidən “İmişli”yə qayıdıb.
Prosport.Az xəbər verir ki, braziliyalı müdafiəçi ilə cari mövsümün sonuna qədər müqavilə imzalanıb.
31 yaşlı oyunçu ötən mövsüm də Premyer Liqa klubunun heyətində çıxış edib. Futbolçu 31 oyunda İmişlinin eyniadlı təmsilçisinin formasını geyinib və 1 qola imza atıb.
