"Turan Tovuz" yeni transferini açıqlayıb.
Prosport.Az xəbər verir ki, Tovuz klubu son olaraq "Sumqayıt"ın formasını geyinən serbiyalı yarımmüdafiəçi Aleksa Yankoviç ilə 3 illik müqavilə imzalayıb.
Qeyd edək ki, 26 yaşlı futbolçu karyerası ərzində vətənində "Partizan", "Çukariçki", "Voydovats" klublarında çıxış edib.
