"Zirə" müdafiəçi Mehdi Mişahşahı transfer edib.
Prosport.Az xəbər verir ki, futbolçu ilə 3 illik müqavilə imzalanıb.
Mərakeşli oyunçu son olaraq ölkəsində "Raja Kasablanka" klubunda çıxış edib.
22 yaşlı Mehdi Mişahşah "Raja Kasablanka"dan əvvəl Mərakeşin "Kentira" klubunda forma geyinib.
