“Gəncəbasar” heyətini yeni futbolçu ilə gücləndirib.
Prosport.Az xəbər verir ki, I Liqa təmsilçisi transfer çalışmaları çərçivəsində Sloveniyanın “Selye” klubundan Alqirdas Kristupas Padeqiması icarəyə götürüb.
İcarə müqaviləsinin müddəti 1 illikdir.
Qeyd edək ki, 18 yaşlı litvalı yarımmüdafiəçi mövqeyində çıxış edir. O, ölkəsinin U-17 və U-19 yığmalarına dəvət alıb.
