Türkiyə I Liqasının ən dəyərli 5 futbolçusunun adı açıqlanıb.
Prosport.Az xəbər verir ki, “transfermarkt”ın araşdırmasına görə, siyahının ilk 4 pilləsində “Bursaspor”un oyunçuları yer alır.
I Liqanın ən dəyərliləri arasında Azərbaycan millisinin üzvü Toral Bayramov da var. Sol cinah müdafiəçisi 2 milyon avroluq qiymətlə liqanın ən bahalı 4-cü futbolçusudur. O, yalnız komanda yoldaşları – braziliyalı Linkoln (3,5 milyon avro), nigeriyalı Keleçi İheanaço (3 milyon) və kolumbiyalı Yürqen Elitimdən (2,5 milyon) geri qalır.
Qeyd edək ki, “Bursaspor” 6 turdan sonra 15 xalla 2-ci pillədə qərarlaşıb.
