"Qarabağ" komandasının sabiq futbolçusu Hüseyn Əhmədov vəfat edib.
Prosport.Az xəbər verir ki, bu haqda qol.az-a Ağdam klubunun kapitanı olmuş Səttar Əliyev məlumat verib. "Saşa" ləqəbli sabiq qapıçı 77 yaşında Rusiyanın Sankt-Peterburq şəhərində dünyasını dəyişib.
1949-cu ildə Ağdam rayonunda anadan olmuş Əhmədov 1970 və 80-ci illərdə "Qarabağ" komandasında çıxış edib.
Bir vaxtlar "Neftçi", "Avtomobilçi"də də oynayan Hüseyn Əhmədov 1988-ci ildə "Qarabağ" komandası ilə birgə Azərbaycan çempionu adını qazanıb.
