UEFA Çempionlar Liqasında əsas mərhələnin I turunun daha 4 oyunu keçirilib.
Prosport.Az xəbər verir ki, "Sabah"ın rəqiblərindən "Napoli" və "Arsenal" İtaliyada üz-üzə gəliblər. Görüş İngiltərə çempionunun minimal hesablı qələbəsi ilə başa çatıb.
Türkiyə təmsilçilərindən "Qalatasaray" isə Portuqaliyada "Sportinq"ə 1:3 hesabı ilə uduzub.
Günün maraqla gözlənilən görüşlərindən biri İngiltərədə gerçəklib. "Liverpul" doğma azarkeşləri önündə İspaniyanın "Atletiko" komandası ilə üz-üzə gəlib və əzmkar qələbə qazanıb.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi
I tur
"Liverpul" (İngiltərə) - "Atletiko" (İspaniya) 2:1
"Napoli" (İtaliya) - "Arsenal" (İngiltərə) 0:1
PSJ (Fransa) - "Slovan" (Slovakiya) 6:1
"Sportinq" (Portuqaliya) - "Qalatasaray" (Türkiyə) 3:1
Xatırladaq ki, Liqa mərhələsinin I turuna bu gün yekun vurulacaq. Azərbaycan çempionu "Sabah" İngiltərədə "Mançester Yunayted"lə üz-üzə gələcək.
