AFFA xaricdə yaşayan və futbol oynayan azərbaycanlı futbolçularla bağlı məlumat bazası yaratmağa başlayıb.
Prosport.Az xəbər verir ki, məqsəd 2006–2015-ci il təvəllüdlü, əsasən Avropada yaşayan azərbaycanlı futbolçular barədə məlumat toplamaq, onların inkişafını izləmək və perspektivli oyunçularla əlaqə yaratmaqdır.
Bazada futbolçuların yaşı, yaşadığı ölkə, çıxış etdiyi klub və liqa, həmçinin müxtəlif səviyyəli seçmə komandalara dəvət alıb-almadığı barədə məlumatlar yer alacaq.
