17 yaşadək qızlardan ibarət Azərbaycan millisi Gürcüstanın U-17 yığması ilə 2-ci yoldaşlıq oyununu keçirib.
Prosport.Az xəbər verir ki, "Dalğa Arena"nın ehtiyat meydanında keçirilən qarşılaşma Gürcüstan millisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Tərəflər arasında sentyabrın 6-da baş tutan ilk görüşdə də Gürcüstan millisi qalib gəlmişdi - 1:0.
