Dünya çempionatının əsas mərhələsində Azərbaycan millisinin rəqibi olacaq Çexiya yığması yoldaşlıq oyunu keçirib.
Prosport.Az xəbər verir ki, Tbilisi Olimpiya Sarayında baş tutan matçda Gürcüstan yığması ilə qarşılaşan çexlər 3:2 hesablı qələbə qazanıblar. Hesabı Kunster açıb. Millidə debüt edən Bişko fərqi 2 topa çatdırıb. Daha sonra meydan sahibləri ardıcıl 2 qol vurmaqla tarazlığı bərpa ediblər. Lakin Drozd dəqiq oynamaqla sona yaxın komandasına qələbə qazandırıb.
Bu komandalar arasında növbəti oyun sabah – sentyabrın 10-da, saat 19:00-da, eyni arenada keçiriləcək.
Qeyd edək ki, Azərbaycan millisi Çexiya yığması ilə oktyabrın 16-da səfərdə, noyabrın 5-də isə doğma meydanda qarşılaşacaq.
