Ötən gün UEFA Çempionlar Liqasında əsas mərhələyə start verilib.
Prosport.Az xəbər verir ki, günün ilk oyunlarında İngiltərənin "Aston Villa" klubu Belçikada "Brügge"yə 3:2, Afina AEK-i isə Yunanıstanda Avstriya təmsilçisi LASK-a 1:0 hesabı ilə qalib gəlib.
Digər 4 qarşılaşma isə Bakı vaxtı ilə saat 23:00-da başlayıb. İspaniya "Real Madrid"i öz meydanında İtaliyanın "İnter" klubuna 2:1 hesabı ilə qalib gəlib.
İngiltərənin "Mançester Siti" komandası Portuqaliyada "Portu"nu 2 cavabsız qolla məğlub edib - 2:0.
Azərbaycanın turnirdəki təmsilçisi "Sabah"ın rəqiblərindən olan "Borussiya Dortmund" (Almaniya) və "Vilyarreal" (İspaniya) komandalarının duelində qapılara 5 qol vurulub. Almaniya təmsilçisi doğma azarkeşləri önündə 3:2 hesablı qələbəyə sevinib.
Nəhayət, İspaniyanın "Betis" komandası Fransada "Lill" klubunu üstələyib - 3:2.
