Polşanın “Vyeçista Krakov” klubu “Qarabağ”dan transfer etdiyi qapıçısı Mateuş Koxalskini özünəməxsus formada təqdim edib.
Prosport.Az xəbər verir ki, 26 yaşlı qolkiperin keçidi ilə bağlı X sosial şəbəkəsindəki paylaşımda onun kilsənin qarşısında çəkilmiş fotosu da paylaşılıb.
Paylaşımda bu sözlər yazılıb: “Kilsə, şarf və Vyeçista”ya transfer”.
Klub, həmçinin Koxalskinin son 2 mövsümü “Qarabağ”da keçirdiyini və UEFA Çempionlar Liqasında təcrübə qazandığını vurğulayıb.
“Mateuş Ekstraklasaya Çempionlar Liqası təcrübəsi ilə qayıdır”, – deyə paylaşımda qeyd olunub.
“Vyeçista” yeni qapıçısını Xalupnikada salamlayıb və ona sarı-qara formada uğurlar arzulayıb.
Qeyd edək ki, Mateuş Koxalski “Qarabağ”a 2024-cü ilin yayında Polşanın “Stal Melets” klubundan keçib. O, Ağdam klubunda iki mövsüm keçirib və Çempionlar Liqasında çıxış edib.
Polşalı qapıçı “Vyeçista” ilə 3 illik müqavilə imzalayıb.
