“Neftçi” yeni hücumçu transfer edib.
Prosport.Az xəbər verir ki, “ağ-qaralar” Finlandiyanın “Qnistan” klubunda çıxış edən nigeriyalı Adeleke Akinyemini heyətinə qatıb.
28 yaşlı mərkəz hücumçusu bu mövsüm “Qnistan”ın heyətində 22 oyunun hamısında meydana çıxıb və 13 qolla komandanın bombardiri olub.
Akinyemi tibbi baxışdan keçdikdən sonra “Neftçi” ilə 2+1 illik müqavilə imzalayıb. O, Bakı klubunda 26 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Akinyemi 2017-ci ildə Latviya çempionatının ən məhsuldar futbolçusu olub.
